Xəbər lenti

Yaponiya Rusiyanı hərbi təlimlərdən imtinaya çağırdı
Dünya13:38 28.07.2022

Yaponiya Rusiyanı hərbi təlimlərdən imtinaya çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya Rusiyanı ölkənin şərqində keçirməyi planlaşdırdığı hərbi təlimlərdən imtina etməyə çağırıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya hökumətinin sözçüsü bildirib.
Yaponiya Rusiyanın nəzarəti altında olan cənub Kuril adalarına iddia edir. 
Tokionun özünün "şimal əraziləri” adlandırdığı məkan uğrunda mübahisə İkinci Dünya Müharibəsinin sonlarından başlayıb. O vaxt sovet qoşunları  Kuril adalarını ilhaq etmişdi. "Biz şimal ərazilərinin təlimlər zonalarından xaric edilməli olduğuna dair qəti şəkildə təqdimat verdik”, - Nazirlər Kabinetinin baş katibinin müavini Yosihiko Isozaki mətbuat konfransında deyib.
Nurlan