Dünya 18:24 25.01.2023

Yaponiya sahillərində 22 ekipaj üzvü olan gəmi batdı

Yaponiya sahillərində qəzaya uğrayan Çin yük gəmisinin ən azı 18 ekipaj üzvü itkin düşüb və onların xilasedici qayıqlarda sürükləndiyi güman edilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS Kyodo agentliyinə istinadən məlumat yayıb.

Sahil Mühafizəsinin məlumatına görə, hələlik ekipajın yalnız dörd üzvü xilas edilib. Ümumilikdə, ilkin məlumatlara görə, gəmidə 22 nəfər olub: 14 Çin və 8 Myanma vətəndaşı.

Honq-Konqda qeydiyyatdan keçmiş taxta yük gəmisi Jin Tian Naqasaki prefekturasındakı kimsəsiz Dandzyö adalarından təcili yardım çağırışı edib. Təbii fəlakət yerinə bir neçə Sahil Mühafizəsinin patrul kateri göndərilib. Yaxınlıqda olan tankerin ekipajı da yardım göstərib.

Alpər