Yaponiya son 25 ilin ən güclü tayfunu olan Cebi təhlükəsi ilə üz-üzədir.
Qaynarinfo xəbər verir ki, bu gün səhər saatlarında ölkənin qərbində təsirini göstərməyə başlayan qasırğa səbəbilə bəzi təyyarə və qatar səfərləri təxirə salınıb, Osakadakı park və ticarət müəssisələri, iş yerləri bağlanıb. Osaka, Kyoto, Nara və Vakayamada ümümilikdə 600 yerli və xarici təyyarə səfəri ləğv edilib.
Gülşən