Xəbər lenti

Yaponiya Ukrayna ilə bağlı hərtərəfli plan hazırlayır
Dünya06:01 18.01.2023

Yaponiya Ukrayna ilə bağlı hərtərəfli plan hazırlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya Ukraynaya dəstək üçün hərtərəfli plan hazırlayır və bu plan uyğun vaxtda təqdim olunacaq.
Qaynarinfo "Japan Today”ə istinadən yazır ki, bunu Strateji və beynəlxalq araşdırmalar mərkəzində Ağ Evin Hind-Sakit okeanı regionu üzrə koordinatoru Kurt Kempbell deyib. 
"Yaponiyanın baş naziri Fumio Kişidanın fəaliyyət planı var və o, artıq Ukrayna problemlərində fəal iştirak edir”, - Kempbell bildirib.
Xatırladaq ki, yanvarın 16-da Ukraynanın Nazirlər Kabineti Ukrayna və Yaponiya hökumətləri arasında əməkdaşlıq çərçivəsində cəlb edilmiş kreditlərin qaytarılması və onlara xidmət göstərilməsi üçün ödənişlərin təxirə salınması haqqında Sazişin imzalanması barədə qərar qəbul edib.
Nizami Bağırov