Yaponiya Ukraynanı PUA aşkarlama sistemləri ilə təmin etmək üçün Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) fonduna 37 milyon dollar göndərəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Kiyevə səfərə gələn Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib.
Qeyd olunur ki, Kamikava Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya qışda qazlaşdırmaya kömək etmək üçün beş mobil qaz turbin generatoru təqdim edəcəyini də vəd edib.
Qeyd edək ki, Kamikava yanvarın 5-dən 17-dək xarici qastrol səfərində olacaq və səfər çərçivəsində Almaniya, Polşa, Finlandiya, Niderland, Türkiyə, ABŞ və Kanadaya səfər edəcək. Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməyib.
Bundan əvvəl məlum olub ki, Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göndərəcək.
Aydın