Xəbər lenti

Yaponiyada güclü zəlzələ: sunami təhlükəsi
Dünya05:40 17.02.2015

Yaponiyada güclü zəlzələ: sunami təhlükəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın şimal-şərq bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib. 
Qaynar.info APA-ya istinadən xəbər xəbər verir ki, yeraltı təkanların episentri İvate prefekturası yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.
Ölkənin meteorologiya idarəsi sunami təhlükəsi elan edib, sahilboyu zonada yaşayanlara evlərini tərk etmək tövsiyə olunub. Zəlzələ Honsü adasının bütün prefekturalarında və Hokkaydo adasında hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Qaynar.info