
Yaponiyanın Saqamihara şəhərində məhdud fiziki imkanlı şəxslərin yaşadığı pansionatda dəhşətli qətl hadisəsi törədilib.
"Qaynarinfo.Az" xarici mətbuata istinadən xəbər verir ki, hadisəni 26 yaşlı yapon Satoşi Uematsu törədib. O, bıcaqla 19 nəfəri öldürüb, 26 nəfəri isə yaralayıb. Yaralılardan 20-i ağır vəziyyətdədir.
Qatil özü hüquq-mühafizə orqanlarına təslim olub. Məlum olub ki, Satoşi əvvəllər həmin pansionatda işləyib.
Qətlin törədildiyi pansionatda 19-75 yaş arası 149 nəfər olub. Yapon nəşrləri yazır ki, Satoşi bundan əvvəl parlamentə hansısa məktubu təqdim etmək istəyib. Polis əməkdaşları bildiriblər ki, hadisənin terrorla heç bir əlaqəsi yoxdur.