Xəbər lenti

Yaponiyada silsilə zəlzələ baş verib - Ölən və yaralananlar var
Dünya17:01 14.04.2016

Yaponiyada silsilə zəlzələ baş verib - Ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb. 
Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. TNK telekanalı orada 20 binanın uçduğunu, yanğınların baş verdiyini və magistral yolunun sıradan çıxdığını bildirir.     
Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.   
Qeyd edək ki,  6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq  4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb.  
Qaynar.info