Xəbər lenti

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfəri keçdi
Dünya15:10 16.04.2016

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfəri keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın Kumamoto prefekturasında baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 40-ı keçib.
Zəlzələ nəticəsində azı 41 nəfər ölüb, 1500 nəfərdən çox insan xəstəxanalara yerləşdirilib.
Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.
Təbii fəlakət nəticəsində yüz minlərlə ev elektrik enerjisiz və qazsızqalıb, içməli təchizatı dayandırılıb.
Qeyd edək ki, aprelin 15-də Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə zəlzələ baş verib. Bir gün əvvəl isə ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, dağıntılar var.
Qaynar.info