Keçən yay ölkənin keçmiş baş naziri Şinzo Abeni güllələyən yaponiyalı işsiz Tetsuya Yamaqaminin məcburi psixiatrik müayinədən sonra ağlı başında olduğu elan edilib.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bununla bağlı o, qapalı tibb müəssisəsindən Nara şəhərindəki polis həbsxanasına
köçürülüb.
Yanvarın 13-dək o, adam öldürmə və qanunsuz silah saxlamaqda ittiham olunacaq.
Şinzo Abe 2006-2007 və 2012-2020-ci illərdə Yaponiyanın baş naziri olub. 8 iyul 2022-ci ildə Abe Nara şəhərində Liberal Demokrat Partiyasına dəstək çıxışı edərkən Yamaqami ona iki dəfə atəş açıb.
Abe sinə və boyun nahiyəsindən yaralanıb. Polis təcili xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Dindirilmələr zamanı Yamaqami keçmiş baş naziri öldürdüyünü, çünki onun "Birləşmə Kilsəsi" dini təşkilatı ilə əlaqələrinə əmin olduğunu bildirib. Qatilin anası bu qurumun fanatik tərəfdarı olub, demək olar ki, bütün var-dövlətini ona bağışlayıb və ailəni iflasa uğradıb.
Alpər