NASA "Axiom Space" şirkəti ilə birgə turizm məqsədilə hazırladığı ilk kosmos evinin fotolarını və detallarını yayımlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyada quraşdırılması nəzərdə tutulan evlərdə turistlər yüksəksürətli internetdən faydalana biləcəklər. Həmçinin 360 dərəcə ölçülü pəncərədən kosmosu və Yer Kürəsini izləmək mümkün olacaq. Kosmosa səyahətin qiyməti isə 35 min dollardan başlayacaq.
Bundan başqa ABŞ-a aid 2 peykin toqquşma təhlükəsi olduğu ilə bağlı da məlumat verilib. Peykləri izləmə şirkəti olan Leolabın NASA-ya etdiyi xəbərdarlığa görə, IRAS və GGSE-4 peykləri ABŞ-ın Pitsburq şəhəri üzərindən bir-birinə olduqca yaxın keçəcəklər və bu yaxınlıq onların toqquşması ilə nəticələnə bilər.
Camal