
Avtomatlaşdırılmış kompleks oyunçunun hücumunun qarşısını almaq üçün öncədən blok yarada bilər.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Yapon voleybol assosiasiyasının və Sukubsko universitetinin mütəxəssisləri xüsusi robotlaşdırılmış məşq kompleksi hazırlayıblar.
Robot-voleybolçular oyunçulara məşq etməyə, hücumlar qurmağa kömək olur. Bu robotlar saniyədə 3.7 metr sürətlə də hücumun qarşısını ala bilir.
İdmançıların sözlərinə görə, robotlarla oyun real oyun hissiyyatından uzaqdır. Çünki robotlar öncədən qurulmuş alqoritm əsasında hərəkət edirlər.
Qaynar.Az