Xəbər lenti

Yarım tonluq qadın evdən kranla çıxarıldı - VİDEO
Dünya14:55 17.02.2017

Yarım tonluq qadın evdən kranla çıxarıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qadın yük təyyarəsi ilə Hindistana aparılıb

Dünyanın ən kök qadınını yaşadığı evdən çıxarmaq üçün kran çağırıldı. İstiPress-in xarici mətbuata istinadla verdiyi məlumata görə, 36 yaşlı Misirin İsgəndəriyyə şəhər sakini Eman Əhməd abd əl-Atinin çəkisi yarım tona yaxındır.

490 kq-dan çox çəkisi olan qadın Hindistana aparılıb. Onu Mumbaya "Egypt Air"in yük təyyarəsi ilə aparmaq mümkün olub. Qadın Hindistanda Sayfi xəstəxanasında bir sıra əməliyyatlardan keçəcək.

Qadın evini son 25 ildə ilk dəfə tərk edib. Onu mənzilən çıxarmaq üçün bir divarı uçurmaq lazım gəlib. Hind həkimlər qadını evdən çıxmağa bir həftə hazırlaşıblar.

Təyyarəyə yerləşdirilmək üçün onun üçün xüsusi yataq hazırlanıb. 

Qaynarinfo.Az