Yaşayış binası tikintisi üçün yararlı torpaq tapılmır (VİDEO)
Son 5 ildə mənzil tikintisinə yatırılan vəsait artsa da, tikilən mənzil sahəsində ciddi azalma qeydə alınıb.
Əmlak ekspertləri bildirirlər ki, 2019-cu ilə nisbətən 2023-cü ildə Bakıda tikilən mənzil sahəsi 6 milyona yaxın enib. Buna əsas səbəblərdən biri tikinti üçün yararlı torpaqların azalmasıdır.
Ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə bildirib ki, hazırda çoxmənzilli binaların tikintisi sökülən köhnə binaların yerində aparılır. Bir çox hallarda isə söküntü zamanı vətəndaşlar ilə tikinti şirkəti arasında yaranan mübahisə uzun məhkəmə prosesinə çevrilir. Buna görə də yeni bina inşa etmək istəyən şirkət belə hallardan çəkinir.
Əmlak eksperti onu da əlavə edib ki, növbəti illərdən Bakının baş planına uyğun olaraq, qəzalı binalar söküldükdən sonra çoxmənzilli binaların inşası arta bilər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər