Xəbər lenti

Yaz meyvələrinin möcüzələri - Diqqət!
Dünya08:12 04.05.2016

Yaz meyvələrinin möcüzələri - Diqqət!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yayın gəlməsi mövsümün meyvələrinin də meyvə dəzgahlarında öz yerini alması deməkdir.  Qaynarinfo.az xəbər verir ki, mövsümü meyvələr insan orqanizminə olduqca faydalıdır. 

Pəhriz mütəxəssisi Nil Şahin Gürhan yay meyvələrinin faydalarını və kalorilərini açıqlayıb. 

Tut: 100 qramında 8.1 nisbətində karbonhidrat, 1.3 qram zülal, 1.5 qram lif ehtiva edir. Eyni zamanda tut 260 mq kalium və təxminən 44 kaloridir. Zülal məzmunu digər meyvələrə nisbətdə daha çoxdur. Qırmızı və qara tut ağız içərisindəki yaraları aradan qaldırır. Həzm sistemi narahatlıqlarına yaxşı təsir edir. Eyni zamanda tutun tərkibindəki flavonoidlər ürək sağlamlığını qoruyur.

Əncir: 100 qramında 19.8 qram karbonhidrat, 0.75 qram zülal, 2.9 qram lif var. Əncirin 100 qramı təxminən 75 kaloridir. Enerji sıxlığı digər meyvələrə görə daha yüksəkdir. Lifli quruluşu sayəsində həzm sistemi problemini aradan qaldırır. Xüsusilə diabet xəstələri bu meyvəni yeyərkən daha diqqətli olmalıdır. Çünki tərkibində karbonhidrat olduqca yüksəkdir. Kalsium məzmunu sayəsində uşaq və hamilələr üçün olduqca əhəmiyyətli bir meyvədir.

Albalı: 100 qramı 65 kalori, 22.9 qramı karbonhidrat, 1 qramı zülal ehtiva edir. Qəbizlik probleminə ən yaxşı təsir edən meyvələr siyahısındadır. Təzyiqə faydalıdır. Bədəndəki şişi aradan qaldırır, ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri var. Tərkibindəki melatonin faktor maddəsi sayəsində bədəni boşaldıb, rahat yuxu nizamına keçidi təmin edir. Liflərində yerləşən betakaroten sayəsində xərçəngdən qoruyur.
Zümrüd
Qayanrinfo.az