Yeddi zorlama iddiası ilə ittiham olunan "Mançester Siti"nin futbolçusu Benyamin Mendi məhkəmədən şərti azadlığa buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb. Cinsi təcavüzdə günahlandırılan fransız futbolçu Çester Kraun Məhkəməsi tərəfindən zaminə buraxılıb.
Liverpuldakı "HMP Altcourse" həbsxanasından Mançesterdə yerləşən ciddi rejimli həbsxanaya köçürülən futbolçu girov müqabilində sərbəst buraxılıb. Girov şərtləri tam açıqlanmasa da, Mendinin ev ünvanında olması, şikayətçilərlə əlaqə saxlamaması və cümə günü gecə yarısına qədər pasportunu səlahiyyətli orqanlara təhvil verməli olduğu bildirilib.
Mendinin bu ay məhkəmə qarşısına çıxacağı gözlənilsə də, iş iyunun 27-nə təxirə salındı.
Fransız futbolçu avqustun 26-dan həbsdədir.
Səbuhi Həsənov