Qüdsdə yaşayan bir qrup yəhudi və İsrail parlamentin üzvləri şəhərdə yerləşən və müsəlmanların ən müqəddəs yerlərindən biri sayılan “Əl Əqsa” məscidinə hücum ediblər. APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, təxminən 50 nəfər polisin müşayiəti ilə məscidə daxil olub və orada ibadət etmək istəyən fələstinlilərə içəri keçməyə imkan verməyiblər. Fələstinlilər müqavimət göstərməyə cəhd göstərəndə isə polis onlara qarşı güc tətbiq edib. İnsident zamanı bir necə nəfər yaralanıb, iki nəfər həbs edib.
Yəhudilər bildirirlər ki, onların bu hərəkəti İsraildə “Qüdsün birləşdirilməsi” gününün qeyd edilməsi ilə bağlıdır. Qaynar.info