Xəbər lenti

Yəhudiləri və milyonları ölümə aparan telefon hərracda satıldı - FOTOLAR
Dünya15:32 20.02.2017

Yəhudiləri və milyonları ölümə aparan telefon hərracda satıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Adolf Hitlerin fevral ayının əvvəlindən satışa çıxarılan qırmızı sahibini tapıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Maryland əyalətində Alexander tarixi Hərrac Evində Andreas Kornfeld qırmızı telefonun hərraca qatılan və adının açıqlanmasını istəməyən bir adam tərəfindən alındığını açıqlayıb.

Hitlerə aid bu telefonun 243 min dollar satıldığı bildirilir. Telefonun hərracda qiyməti 100 min dollardan başlanmışdı.

A.Hitlerin İkinci Dünya müharibəsində düşərgələrdə əsir olan minlərlə yəhudinin ölüm əmrini məhz bu telefonla verdiyi bildirilir. Məhz buna görə də telefon “Kütləvi qırğın silahı" adlandırılıb. Telefon Hitlerin intiharından sonra Sovet əsgərləri tərəfindən tapılmışdı.

Qaynarinfo.Az