Xəbər lenti

Yeni böhran yaxınlaşır? -
Dünya 14:52 26.09.2025

Yeni böhran yaxınlaşır? - "Pentaqon Pitsa İndeksi" kəskin artıb

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) əsas binası yaxınlığında yerləşən pitsaçılara ziyarətçi axınının kəskin artımı qeydə alınıb. Belə hallar artıq bir neçə dəfə əhəmiyyətli siyasi və ya hərbi hadisələrə hazırlıqla əlaqələndirilib.

Qayanrinfo-nun xarici mediaya istinadən məluçmatına görə, "Pentaqon Pitsa İndeksi" kimi tanınan nəzəriyyə ona əsaslanır ki, təcili görüşlər zamanı hərbiçilər və vəzifəlilər tez-tez ofisə yemək sifarişi verirlər. Məhz buna görə Pentaqon ətrafındakı qastronomiyada sifarişlərin kəskin artması böhran vəziyyətləri barədə dolayı bir siqnal ola bilər.

Pentaqonun yüzlərlə general və admiralı təcili iclasa çağırdığı xəbərləri fonunda "pitsa fəallığı"ndakı artım xüsusilə göstərici görünür.

Keçmişdə İrana qarşı ABŞ hücumundan əvvəl də oxşar pitsa artımı qeydə alınmışdı, bu da müşahidəçiləri fövqəladə vəziyyətlərin dolayı göstəricisi kimi "pitsa fəallığı"na daha diqqətlə yanaşmağa vadar edib.

Xatırladaq ki, 22 iyun tarixində Amerika Birləşmiş Ştatlarının aviasiyası İranın nüvə obyektlərinə hücum etmişdi. Bundan sonra Ağ Ev Tehrandan nüvə proqramını dayandırmaq danışıqlarına qayıtmağı tələb edib.

Növbəti gün İran Yaxın Şərqdə ABŞ-nin hərbi bazalarını raket zərbəsi ilə vurub. Tramp bu hücumun zəif olduğunu bildirərək, İran və İsraili eskalasiyanı aşağı salmağa çağırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->