Xəbər lenti

Yeni Kaledoniya sahillərində 6 bal gücündə zəlzələ baş verib
Dünya05:26 16.05.2016

Yeni Kaledoniya sahillərində 6 bal gücündə zəlzələ baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakit okeanın Fransaya məxsus olan Yeni Kaledoniya inzibati ərazisində 5,9 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi yerli vaxtla 11.41-də qeydə alınıb. Episentr İl-Hanter adasından 92 km. şərqdə, ocaq isə 10 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.

Qaynarinfo.az