Xəbər lenti

Yeni müdafiə naziri Rusiyanı hədələdi
Dünya12:07 03.07.2014

Yeni müdafiə naziri Rusiyanı hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Qələbə paradı Sevastopolda keçiriləcək”

Mənə inanın, qələbə paradı Sevastopol şəhərində keçiriləcək. 

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ali Radada çıxışı zamanı Ukraynanın yeni müdafiə naziri Valeri Qeletey bəyan edib. 

“Biz ölkəmizdə sülhü və sabitliyi təmin edəcəyik. Çoxlu qələbələr olacaq, Ukrayna qalib gələcək, buna əmin olun. Mənə inanın, qələbə paradı Ukraynanın Sevastopol şəhərində keçiriləcək”, - deyə o vurğulayıb.