Xəbər lenti

Yeni planetdə önəmli kəşf olundu: həyat ola bilər
Dünya09:40 30.06.2018

Yeni planetdə önəmli kəşf olundu: həyat ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kəşf edilmiş Yerə bənzər ilk planet olan "Kepler-186f" barədə növbəti vacib fakt aşkarlanıb.
Qaynarinfo CNET-ə istinadən xəbər verir ki, Yerdən təxminən 500 işıq ili məsafədə yerləşən "Kepler-186f" fəsillərin mövcud olması üçün əlverişlidir. Planetdəki temperatur suyun yerdə qalması, buxarlanmaması üçün əlverişlidir və səthi Yerdə olduğu kimi daşlı-qayalıdır. 
Georgiya Texniki Universitetindən olan mütəxəssislər "Kepler-186f"in fırlanmasını və oxun əyilmə bucağını araşdırıblar və dünyadakı kimi stabil olduğu müəyyənləşib. Bu fakt Yerə bənzər planetdə fəsillərin olduğunu sübut edir. Əldə olunmuş informasiyalar "Kepler-186f"də həyatın olması və ya ola biləcəyi barədə iddiaların daha da güclənməsi deməkdir.
Qeyd edək ki, Mars qeyri-sabit ox əyilməsinə sahibdir və bu, atmosferin tənəzzülünə, suyun buxarlanmasına səbəb olur və planeti həyat üçün yararsız edir.
Gülşən