Xəbər lenti

Yeni prezidentdən göstəriş: Eks-nazirlər həbs edilsin
Dünya17:28 30.05.2014

Yeni prezidentdən göstəriş: Eks-nazirlər həbs edilsin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenko Viktor Yanukoviç hakimiyyəti dövründə ölkənin keçmiş hökumətinin üzvlərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə göstəriş verib.

Anspress-in məlumatına görə, bu haqda Rusiya mətbuatı xəbər verib.

Rusiya mətbuatına sabiq baş nazir Nikolay Azarova yaxın mənbələrdən verilən məlumata görə, bu məqsədlə ötən gün Ukrayna prezidentinin administrasiyasında qapalı görüş keçirilib.

Görüşdə Nikolay Azarov və onun nazirlərinə qarşı atılacaq addımlar müzakirə olunub.

"İclasda Nikolay Azarov hökumətinin bütün nazirlərinin təqibini təşkil etmək məsələsi müzakirə olunub. Onlar barəsində cinayət işinin açılacağı gözlənilir. Yaxın günlərdə həbs edilənlər olacaq”, - deyə mənbə bildirib.

Qaynar.info