Xəbər lenti

Yeni Zellandiyada məscidə silahlı hücum: 40 ölü, 20 yaralı  (FOTOLAR/YENİLƏNİB)
Dünya07:06 15.03.2019

Yeni Zellandiyada məscidə silahlı hücum: 40 ölü, 20 yaralı (FOTOLAR/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Zellandiyada məscidə təşkil edilən hücumda 40 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, polis hadisədə şübhəli bilinən 4 nəfəri həbs edib. Hücumun motivi hələ də qeyri-müəyyəndir.
***09.13 
Yeni Zellandiyanın Kraystçörç şəhərində yerləşən 2 məscidə terror hücumu təşkil edilib.
Qaynarinfo xəbər verir ki, silahlı hücum 27 nəfərin ölümü, 50-yə yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edib. Hücumu təşkil edən şəxslərdən birinin 30-40 yaşlı, ağ dərili, hərbçi formasında olduğu bildirilir.
Terror hadisəsi sosial şəbəkədə canlı yayımlanıb. Həmin şəxs adının Brenton Tarrant olduğunu bildirib.
Gülşən