Xəbər lenti

Yenidən ulduz olmağı arzulayırdı... - Hollivud xəyalları yarım qaldı
Dünya 11:21 26.02.2025

Yenidən ulduz olmağı arzulayırdı... - Hollivud xəyalları yarım qaldı

Evləndikləri gündən bəri Britaniya kral ailəsinin ən çox müzakirə olunan iki adı oldular. Bu müzakirələr əleyhlərinə çevriləndə ölkəni tərk edərək Amerikada yeni bir həyata başlamaq qərarına gəldilər. Lakin yeni həyatları da gündəmdən düşmədi. Şahzadə Harri və aktrisa Meqan Marklın ətrafında yayılan xəbərlər, şayiələr və mübahisələr zaman keçdikcə daha da artdı.

Özünü yenidən yaratmaq istədi, hər cəhdi uğursuz oldu

Qaynarinfo xəbər verir ki, kraliyyət ailəsinə gəlin getməzdən əvvəl serial aktrisası olan Meqan Marklın sərt qaydalardan qurtulduqdan sonra yenidən aktyorluğa qayıtmaq istədiyi uzun müddətdir danışılırdı.

Lakin Meqan nəyə əl atdısa, uğur qazana bilmədi. Öz adını brendə çevirmək üçün göstərdiyi səylər yarımçıq qaldı. Onun Hollivuda dönüş planının əsas hissələrindən biri nüfuzlu və güclü bir agentliklə əməkdaşlıq qurmaq idi.

Hollivudun ən böyük agentliklərindən biri ilə müqavilə bağlamışdı

Bu məqsədlə o, 2023-cü ildə Hollivudun ən məşhur menecerlik agentliklərindən biri olan WME ilə müqavilə imzaladı. Hətta agentlik bu əməkdaşlığı sosial media hesablarında böyük sevinclə elan etmişdi.

Lakin son xəbərlərə görə, WME də Meqan Marklla olan əməkdaşlığı dayandırıb. Agentlikdən rəsmi təsdiq gəlməsə də, mənbələr WME-nin artıq Marklla fərdi səviyyədə işləməkdən imtina etdiyini, yalnız onun və Harrinin qurduğu "Archewell" fondu ilə əməkdaşlığı davam etdirdiyini bildirirlər.

"Onunla işləmək mümkün deyil"

Bu ayrılığın arxasında son günlər tez-tez səsləndirilən iddialar dayanır. Sektordan bir mənbənin sözlərinə görə, 43 yaşlı Markl "çox tələbkar" və "çalışmaq çətin olan" bir şəxs kimi tanınıb.

İddiaya görə, Markl agentliyin rəhbərliyi ilə həyata keçirilməyən layihələrə görə mübahisələr edib və sonda onun kaprizlərindən bezən agentlik müqaviləni ləğv etmək qərarına gəlib.

Meqan Markl haqqında yayılan mənfi xəbərlər təkcə Hollivudla məhdudlaşmır. O, kraliyyət ailəsində olduğu dövrdə və ABŞ-a köçdükdən sonra keçmiş işçilərinin onun haqqında irəli sürdüyü iddialarla da gündəmə gəlir.

"Zorakılıq" iddiaları hələ də unudulmayıb

Böyük Britaniya sarayı əvvəllər Markla qarşı yönələn zorakılıq iddialarını araşdırmış, lakin əldə edilən nəticələr heç vaxt ictimaiyyətə açıqlanmamışdı.

Markl bu iddiaları rədd etsə də, keçmiş mətbuat katibi Ceyson Knauf Avstraliyanın "60 Minutes" proqramına verdiyi açıqlamada 2018-ci ildə irəli sürdüyü iddiaların arxasında dayandığını bildirib.

Knaufun o dövrdə Şahzadə Uilyamın mətbuat katibinə göndərdiyi mesajda "Düşesin ötən il iki şəxsi köməkçisini işdən çıxartmasından ciddi narahatlıq duyuram" ifadələrinin yer aldığı bildirilir.

O, əlavə edib ki, Markl daim bir hədəf seçir və həmin şəxsin etibarını sarsıtmağa çalışır. Onun qeyri-məqbul davranışlarını müşahidə edən şəxslərdən ardıcıl hesabatlar alıblar.

Meqan Marklın Hollivud karyerasına yenidən başlamaq cəhdi, görünən odur ki, istədiyi kimi alınmayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->