Rumıniyanın Təhsil naziri Yekaterina Andronesku istefaya göndərilib.
Qaynarinfo xəbər verir ki, buna səbəb nazirin yeniyetmə qızın qətlini yanlış şərh etməsi olub. Bu barədə qərarı ölkənin Baş naziri Viorika Dansila qəbul edib.
Qeyd edək ki, Təhsil naziri paytaxt Buxarestdə oğurlanan və sonradan qətlə yetirilən qızı "tanımadığı adamların maşınına minməkdə” təqsirləndirib. Bundan sonra sosial şəbəkələrdə onun bəyanatı ilə bağlı müzakirələr başlayıb və nazir qəddar mövqe nümayiş etdirməkdə ittiham olunub. Narazılıqların artmasından sonra Buxarestin polis rəisi Yoan Buda və Daxili İşlər naziri Nikolae Moqa da istefaya verib. Hüquq-mühafizə orqanlarını yeniyetmə qızın yardıma çağıran üç zənginə məhəl qoymamaqda günahlandırırlar.