Xəbər lenti

Yeraltı dünyasının məşhur siması öldü
Dünya08:24 19.11.2018

Yeraltı dünyasının məşhur siması öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cinayət aləminin tanınmış şəxslərindən olan meksikalı narkobaron Hektor Beltran Leyva ölüb.
Qaynarinfo xəbər verir ki, infarkt keçirən 56 yaşlı narkobaron ağır vəziyyətdə xəstəxanaya çatıdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hektor Beltran Leyva yeraltı dünyasının liderlərindən olan Beltran Leyva kartelinin lideri idi. 2014-cü ildə həbs olunan narkobaron 2016-cı ildə Meksika rəsmilərinin razılığı ilə ABŞ-a ekstradisiya edilib və orada məhkəmənin qərarına əsasən narkotik qaçaqmalçılığında ittiham edilib. Lakin 2017-ci ildə prosessual pozuntular səbəbindən qərar ləğv edilib.