Xəbər lenti

Yığmamız açıq Niderland çempionatında iştirak edəcək
İdman07:32 13.10.2022

Yığmamız açıq Niderland çempionatında iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Oktyabrın 15-də Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçiriləcək.
 
Azərbaycan Taekvondo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, G2 kateqoriyalı yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. 
Ölkəmiz Eyndhovendə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçu ilə təmsil olunacaq.
Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaqlar. 
Niderlanda bu gün yollanan komanda oktyabrın 16-da Vətənə qayıdacaq.
Səbuhi Həsənov