Xəbər lenti

Yığmamızın sabiq baş məşqçisi həbs olundu
Dünya06:14 02.08.2017

Yığmamızın sabiq baş məşqçisi həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cüdo üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Peter Zayzenbaher həbs olunub.

"Qaynarinfo"nun APA-ya istinadən məlumatına görə, avstriyalı keçmiş Olimpiya çempionu Kiyevdə saxlanılıb.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda beynəlxalq axtarış elan olunmuşdu. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Onun məhkəmə prosesi ölkəsinə ekstradisiya olunduqdan sonra başlayacaq.

Qeyd edək ki, Zayzenbaher 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur. O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.

Qaynarinfo.Az