
Martın 23-də 21 yaşadək futbolçulardan ibarət Malta və Monteneqro arasında keçirilmiş Avropa çempionatının seçmə oyunu danışılmış olmaqda ittiham edilir.
Qaynar.info "Malta Tudey"ə istinadən xəbər verir ki, oyunun 1:0 hesabı ilə qonaq monteneqroluların xeyrinə başa çatacağı barədə informasiya yerli assosiasiyaya bu matçdan əvvəl daxil olub. Görüşün nəticəsi də məhz bu cür başa çatıb. Artıq bir neçə futbolçu polis sorğusuna çağırılıb.
Qeyd edək ki, bu 2 komandanın yer aldığı I qrupda Monteneqro 9 xalla III, Malta isə 5 xalla IV pillədə qərarlaşıb.
Qaynar.info