Xəbər lenti

Youtube-nin fenomeni olan 3 yaşlı qız qripdən öldü - VIDEO
Dünya07:24 22.02.2014

Youtube-nin fenomeni olan 3 yaşlı qız qripdən öldü - VIDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Youtube"un fenomeni olan 3 yaşındakı kiçik qız qrip epidemiyasından dünyasını dəyişib. 

Anspressin məlumatına görə, qrip epidemiyasına tutulan Maddie adlı qızın "Who is your favourite" adlı videosu 9 milyondan çox adam tərəfindən izlənilib. 

Həkimlər qızın vəziyyətinin ciddi olmadıgını, sadə bir qrip keçirdiyini söyləyib evə göndəriblər. Ancaq kiçik qızın gecə vəziyyəti pisləşib. Ailə Maddienin vəziyyətinin ağırlaşmasından sonra dərhal başqa bir xəstəxanaya üz tutub. Burada müalicə altına alınan kiçik qız qısa bir müddət sonra vəfat edib. 

Qızının ani ölümüylə böyük şok yaşayan ana, gözyaşları içində "10 il sonra insanlar, hələ qızımın videosunu üzlərində gülüşlə izləyəcəklər. Bu, onun mirası olacaq"deyib.

Qaynar.info