Xəbər lenti

“YouTube”un 8 yaşlı fenomeni ildə 1.3 milyon qazanır - VİDEO
Dünya11:25 18.09.2014

“YouTube”un 8 yaşlı fenomeni ildə 1.3 milyon qazanır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Adətən 8 yaşlı uşaqdan nə gözləntilərimiz ola bilər? Dərslərini yaxşı oxusun, evdə və məktəbdə özünü yaxşı aparsın. Amma Evanla bağlı vəziyyət bir az fərqlidir.
“TexnoBaz“ın verdiyi xəbərə görə, “YouTube”-da “EvanTubeHD” kanalına sahib olan 8 yaşlı uşaq qardaşıyla birlikdə oyuncaqları test edib, sınaqdan keçirir.
Bir videosu 50 milyondan artıq izlənmə həddinə çatan Evan, “NewsWeek”ə verdiyi açıqlamada bütün videolarına ümumilikdə 272 milyondan çox baxış olduğunu bildirib. Əgər bu göstəricinin Katy Perry və Madonnanın “YouTube” kanallarının izlənmə sayı ilə eyni olduğunu vurğulasaq, onda Evanın necə bir uğura imza atdığı daha aydın olar.
“NewsWeek”in yazdığına görə, “EvanTubeHD” kanalı ildə “Youtube” reklamlarından 41 min dollar, məhsul reklamları ilə birlikdə isə 1.3 milyon dollar qazanır.
Evanının maraq doğuran videolarından biri də “Angry Birds” oyuncaqlarını qardaşı ilə birlikdə test etməsi haqqındadır. Həmin videonu sizlərə də təqdim edirik.

Qaynar.info