
İçində 66 nəfər olan təyyarənin qalıqları yunan adasında aşkar edilib.
Paris-Qahirə reysini həyata keçirərkən yoxa çıxan "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb.
Qaynarinfo.az anspress-ə istinadən bildirir ki, bu barədə şirkət özü məlumat yayıb.
"А320" təyyarəsinin qalıqları Yunanıstanın Karpatos adasında aşkar edilib.
"Misirin mülki aviasiya nazirliyi hazırda rəsmi məktub alıb. Məktubda qeyd edilir ki, itkin təyyarənin qalıqları tapılıb", - deyə rəsmi açıqlamada qeyd edilir.
Artıq təyyarədə olanların yaxınlarına bu barədə məlumat verilib.
Qaynarinfo.az