Xəbər lenti

Yüksək rütbəli məmur rüşvət aldığını etiraf etdi
Dünya18:20 24.09.2014

Yüksək rütbəli məmur rüşvət aldığını etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində sabiq yüksək rütbəli iqtisadçı milyonlarla dollar rüşvət aldığını etiraf edib

ANS PRESS-in məlumatına görə, Liu Tienan adlı iqtisadçı dünyanın ikinci ən böyük iqtisadiyyatını idarə edən Milli İnkişaf və İslahat Komisiyasının direktor müavini olub.O, Kommunist partiyasında korrupsiyanın aradan qaldırılması istiqamətində ictimai səviyyədə aparılan kampaniyanın ifşa etdiyi sonuncu Çin rəsmisidir.Prokuror Liu Tienanın təxminən 6 milyon dollar dəyərində rüşvət aldığını bildirib. Bunun bir qismi nağd pul, digəri isə Porşe avtomobili və Pekində villa hədiyyələri olub.

 Məhkəmə prosesinin stenoqramında qeyd edilir ki, 59 yaşlı sabiq məmur göz yaşı axıdaraq törətdiyi cinayətləri etiraf edib.Liu Tienanın təqsiri sübut yetirilərsə onu 10 il və ya ömürlük həbs cəzası gözləyir.

Qaynar.info