Ukraynanın keçmiş Baş naziri, "Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Qaynarinfo xəbər verir ki, bu barədə Y.Timoşenkonun mətbuat katibi Marina Soroka "Facebook” sosial şəbəkəsində məlumat yayıb.
Timoşenkonun durumunun ağır olduğu, hərarətinin 39 dərəcəyə çatdığı bildirilir.
Qeyd edək ki, bundan əvvəl partiya liderinin ailəsində də yoluxanların olduğu bildirilmişdi.