Xəbər lenti

Yuliya Timoşenko xalqı ÜSYANA ÇAĞIRDI
Dünya14:42 11.12.2013

Yuliya Timoşenko xalqı ÜSYANA ÇAĞIRDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda həbsdə olan Ukraynanın sabiq baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko xalqı üsyana çağırıb


APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, Y. Timoşenko həbsxanadan göndərdiyi məktubunda bütün ukraynalıları Viktor Yanukoviç hakimiyyətinə qarşı üsyana qalxmağa səsləyib: “Dəyənəklə dinc insanlara endirilən hər zərbə bütün Ukrayna xalqının sifətinə vurulan  zərbədir. Yanukoviçin zorakılığı həyatımızın normasına çevirməsinə imkan verməyin! Mən hər ukraynalıya müraciət edirəm: üsyan edin!”
 
Y. Timoşenko müxalifəti hakimiyyətlə danışıqlara getməməyə çağırıb: “Banda ilə heç bir danışığa, heç bir dəyirmi masaya getmək olmaz. Yanukoviç və ətrafı gecikmədən, təcili şəkildə istefaya getməlidir. Ukraynaya eşq olsun!”


Qaynar.info