Xəbər lenti

Yunan konsulu: Ümid edirəm ki, Mariupolda gördüklərimi heç kim heç yerdə görməyəcək
Siyasət06:22 22.03.2022

Yunan konsulu: Ümid edirəm ki, Mariupolda gördüklərimi heç kim heç yerdə görməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mühasirəyə alınan Mariupoldan təxliyə edilən sonuncu Avropa Birliyi diplomatı Yunanıstanın baş konsulu Manolis Androulakis, şəhərin keçmiş müharibələrdə yerlə-yeksan edilən yerlər sırasına qoşulduğunu bildirib.
"Ümid edirəm ki, gördüklərimi heç kim heç vaxt görməyək. Mariupol şəhəri müharibə nəticəsində tamamilə dağıdılan - Gernika, Koventri, Hələb, Qroznı, Leninqradd kimi şəhərlərin siyahısına əlavə ediləcək”, - o, Reuters-ə bildib. 
Bildirilir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Androulakis onlarla yunan vətəndaşı və etnik yunanların xarabalığa çevrilən şəhərdən evakuasiyasına yardımçı olub. 
O, 10 Yunan vətəndaşı ilə birlikdə Mariupoldan çıxaraq Moldova vasitəsilə Rumıniyaya keçib.
Yunanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Androulakis iki həftədən artıqdır ki, Rusiya ordusu tərəfindən ağır bombardmanlara məruz qalan Mariupolu tərk edən sonuncu AB diplomatıdır.
Rusiyanın Mariupola hücumuna başlayandan bəri ən azı 10 etnik yunan ölüb, bir neçəsi yaralanıb.
Yunanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 150-dən çox Yunanıstan vətəndaşı bölgədən təxliyə edilib.
Ukrayna prezidenti Vladimir Zelenski Mariupolun Rusiya tərəfindən blokadaya alınmasını "əsrlər boyu xatırlanacaq terror” adlandırıb.
Tərcümə: Nizami Bağırov