Xəbər lenti

Yunanıstan baş naziri Bakıya gələ bilmədi
Dünya18:44 16.12.2013

Yunanıstan baş naziri Bakıya gələ bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Afinadan Bakıya istiqamət alan Yunanıstan baş naziri Antonis Samarasın təyyarəsi havaya qalxdıqdan 15 dəqiqə sonra geriyə dönməli olub.
APA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, təyyarənin texniki səbəblər ucbatından Elefsina hərbi hava limanına məcburi eniş etdiyi bildirilir.
 
Qeyd edək ki, Yunanıstan hökumətinin rəhbəri Bakıya Trans Adriatik qaz kəməri (TAP) ilə bağlı sazişin imzalanması mərasimində iştirak etmək üçün gəlirmiş.
 
Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Yunanıstan baş nazirinin yaxın saatlarda Bakıya gələcəyi bildirilir.

Qaynar.info