Dünya 19:50 26.05.2022

Yunanıstan İranın 700 min barel neftini zəbt edib, ABŞ-a verdi

Yunanıstan İranın 700 min barel neftini Rusiya bayrağı ilə daşıyan tankeri zəbt edərək, ABŞ-a təhvil verib. 

Qaynarinfo bu barədə dünyada gəmiləri izləyən "Lioyds List" saytına istinadən xəbər verir.  

İran Yunanstanın bu addımını pisləyərək, Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. 

Böyük Britaniyanın "Lioyds List" dəniz kəşfiyyat şirkəti bildirib ki, ABŞ İran neftini Amerkaya daşımaq üçün öz "İce Energy" tankerini göndərib və yük ABŞ Ədliyyə Nazirliyinin tələbi ilə təhvil alınıb. 

ABŞ 2018-ci ildə İranın neft satışına sanksiya tətbiq edib.  

Rusiyanın "Lara" tankeri (əvvəlki adı "Pegas") bu il aprel ayının 15-də Yunanıstan sularında saxlanılıb. Məlumata görə, gəmi 700 min barrel Iran neftın daşıyırmış. Neft yükü mayın 23-də ABŞ gəmisinə daşınıb və dünən Amerikaya tərəf yola düşüb. 

Cari qiymətlərlə zəbt olunan neftin dəyəri 77 milyon dollar təşkil edir. 

M.Arif