Filippində Yutu qasırğası səbəbilə minlərlə şəxs təxliyyə edilib.
Qaynarinfo xəbər verir ki, qasırğa İzabela şəhərində müşahidə edilir. Küləyin sürəti saatda 150 km-dir, bəzən hətta 210 km-ə belə çatır. Ağacları, elektrik dirəklərini aşırdan, evlərin damlarını uçurdan qasırğa səbəbilə əraziyə səfər edən yük maşınlarının hərəkəti dayandırılıb, dəniz və təyyarə səfərləri təxirə salınıb.
Qeyd edək ki, Filippində ötən ay müşahidə edilən Manqkhut qasırğası 100-dən çox insanın ölümünə səbəb olmuşdu.
Gülşən