Xəbər lenti

Yuxuda arıqlamaq üçün bunları edin!
Dünya16:26 22.02.2016

Yuxuda arıqlamaq üçün bunları edin!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yatmazdan öncə bəzi qaydalara əməl edərək, maddələr mübadilənizi sürətləndirə bilərsiniz. Beləliklə, yatarkən bədəniniz yağları əridəcək, kalori xərcləyəcək, günə daha arıq və gümrah başlayacaqsınız. 

Qaynar.info publika.az-a istinadən yuxuda arıqladacaq ipuclarını təqdim edir:

Nanə

Gecə yatmazdan öncə ən azı 10 dəqiqə təzə nanə qoxulayın. Onun əvəzinə yastığınıza bir neçə damcı nanə yağı da damızdıra bilərsiniz. Nanə qoxusu maddələr mübadiləsini sürətləndirəcək.

Zülal

Yatmazdan qabaq zülal ehtiva edən içki için. Bu, maddələr mübadiləsini sürətləndirməyin ən asan üsullarından biridir. Ancaq zülallı qidalar yuxunun qaçmasına səbəb ola bilər.

Süzmə

Süzmə zülalla zəngindir. Bu səbəbdən, siz yatarkən orqanizmin kalori xərcləməsinə səbəb olacaq. Üstəlik, o, səhər oyanarkən həddən artıq aclıq hiss etməyin qarşısını alır. Bu da səhər yeməyində normadan az yeməyinizə səbəb olur. Gecə yatmazdan öncə 1 qaşıq süzmə yeməyiniz kifayət edəcək.

Yaşıl çay

Yatmazdan əvvəl bir stəkan yaşıl çay için. Bir həftə sonra pəhriz saxlamadığınız halda arıqladığınızı hiss edəcəksiniz.

Zil qaranlıq

Aparılan araşdırmalar göstərir ki, zil qaranlıqda yatanların orqanizmi daha çox kalori xərcləyir. Ona görə də işıqları söndürün, pərdələri çəkin.

 Ədviyyatlı axşam yeməyi

 Maddələr mübadiləsini sürətlənməyin digər bir yolu da axşam yeməyində ədviyyatlı xörəklərə üstünlük verməkdir. Qeyd edək ki, axşam yeməyi ən gec 20:00-da yeyilməlidir.

Qaynar.info