Xəbər lenti

Yüzlərlə insan Messi üçün toplaşdı
Dünya19:25 03.07.2016

Yüzlərlə insan Messi üçün toplaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzi meydanında qəribə mitinq keçirilib.

Qaynarinfo.az apasport.az-a istinadən xəbər verir ki, meydana toplaşmış yüzlərlə adamın məqsədi Lionel Messini millidən getmək fikrindən daşındırmaq olub.

İştirakçılara hətta güclü yağış da mane ola bilməyib. Onlar Messiyə ünvanlanmış xahişlərin olduğu bannerlər açıb, mahnılar oxuyublar.

Qeyd edək ki, "Barselona"nın hücumçusu Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra yığma karyerasını bitirdiyini bildirmişdi.

Qaynarinfo.az