ABŞ-ın Kolorado ştatında qəribə qəza baş verib. Qaynar.info xəbər xəbər verir ki, bir nəfər öz maşını ilə özünü əzib.
Yerli polisin məlumatına görə, adı açıqlanmayan şəxs şənbə günü səhər saat 06.30 radələrində maşınla həyətdən çıxarkən siqareti köənəyinin üstünə düşüb. Tələsik maşından çıxan həmin şəxs yanmaqdan qurtulub.
Amma əsl qəza bundan sonra baş verib. Belə ki, bu zaman maşın hərəkətdə olub və yerə yıxılan adamın başının üstündən keçərək onu əzib.
"USA Today"ın xəbərinə görə, sürücü ağır bədən xəsarəti alıb. Hazırda onun vəziyyəti kritik həddədi.
Qaynar.info