Müdafiə naziri Zakir Həsənov xüsusi təyinatlılarının təlimini izləyib.
Qaynarinfo xəbər verir ki, o, bu məqsədlə cənub bölgəsinə səfər edib.
Z.Həsənov xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.
Nazir eyni zamanda, Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.
Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissələrinin təlimi başlayıb. Təlimdə Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələri də iştirak edir.