Xəbər lenti

Zalujnı:
Dünya 16:18 23.11.2023

Zalujnı: "Cəbhədəki vəziyyət ağır, lakin idarə oluna biləndir"

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Ramştayn formatında keçirilən görüşdə cəbhədə vəziyyətin ağır olduğunu bildirib. O qeyd edib ki, Ukrayna müdafiə və hücum əməliyyatlarını davam etdirir.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Telegram"da yazıb.

Zalujnı ilk dəfə Ramştayn formatında keçirilən görüşdə iştirak edib. 

"Mən partnyorlarımızı döyüş meydanındakı vəziyyətlə bağlı ətraflı məlumatlandırdım. Qeyd etdim ki, cəbhədə vəziyyət ağır, lakin idarə oluna biləndir", deyə general Zalujnı yazıb. 

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı hesab edir ki, görüş zamanı elan edilən yardım paketləri hava hücumundan müdafiə sistemi, artilleriya, radioelektron mübarizə və "digər vacib komponentləri” gücləndirəcək.

Xatırladaq ki, növbəti Ramştayn görüşü noyabrın 22-də videokonfrans vasitəsilə baş tutub. Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, nəticədə 20 ölkə yerüstü hava hücumundan müdafiə sistemləri koalisiyasına qoşulub, Niderland Ukraynaya 2 milyard dollar hərbi yardım ayıracaq, Estoniya İT koalisiyasının fəaliyyətinə 0,5 milyon dollar ayıracaq. Böyük Britaniya və Norveç isə Qara dənizdə təhlükəsizliyi gücləndirmək yollarını inkişaf etdirmək barədə razılığa gəliblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->