Xəbər lenti

Zalujnı əks-hücumlardan "dərhal" nəticə tələb edənlərə cavab verdi: "Hər metr qanla alınır"
Dünya10:41 30.06.2023

Zalujnı əks-hücumlardan "dərhal" nəticə tələb edənlərə cavab verdi: "Hər metr qanla alınır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı Ukrayna ordusunun əks-hücum əməliyyatından şişirdilmiş gözləntilərlə yaşayan və tez nəticə tələb edən bəzi şəxslərin bəyanatlarından hiddətlənib.
Qaynarinfo-nun məlumatına görə, "The Washington Post” qəzetinə müsahibəsində Zalujnı vurğulayıb ki, bütün problemlərə baxmayaraq, onun döyüşçüləri hər gün irəliləyirlər.
"Ukraynanın ölkənin şərqində və cənubunda çoxdan gözlənilən əks-hücumunun gözlənildiyindən daha yavaş başladığını eşidəndə əsəbiləşirəm. Mənim qoşunlarım cəmi 500 metr olsa belə, hər gün irəliləyir. Bu şou deyil. Bu, bütün dünyanın baxdığı bir şou, mərc oyunu və ya buna bənzər bir şey deyil. Hər gün hər metr qanla alınır", - Zalujnı deyib.
Baş Komandan əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri təcili olaraq Qərb F-16 qırıcılarına ehtiyac duyur. Bu silah növü olmadan, verilən tapşırıqları yerinə yetirmək mümkün deyil, lakin Ukrayna müdafiəçiləri yenə də öz torpaqlarını işğalçılardan azad edərək qəhrəmancasına irəliləyirlər.
"Bəli, bəlkə də tamaşaçıların, müşahidəçilərin istədiyi qədər sürətli deyil, amma bu, onların problemidir", - o deyib.
Ukrayna Silahlı Qüvvələrinin əks hücumundan Qərbdəki gözləntilərəgələndə, polşalı Avropa Parlamentinin deputatı bir qədər əvvəl təklif etmişdi ki, Ukrayna oktyabra qədər döyüş meydanında uğur nümayiş etdirməlidir, çünki əks halda Qərb tərəfdaşları onu sülhə məcbur edəcəklər.
Əvvəllər NATO-nun baş hərbi müşaviri olmuş, istefada olan general, Çexiya prezidenti Petr Pavel bildirib ki, Ukraynanın bu il uğurlu əks-hücum üçün yalnız bir şansı var.
Mətbuat yazıb ki, Qərbdə bəzi məmurlar Kiyevi hücum əməliyyatlarına sürükləyirlər.
Alpər