Pentaqonun rəhbəri Lloyd Ostinin səfəri zamanı ona bildirilib ki, Ukraynaya 17 milyon mərmi lazımdır, ölkənin bütün ərazisini işğaldan azad etmək üçün isə 350-400 milyard dollarlıq qüvvə və vəsaitə ehtiyac var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainska pravda”nın "Siyasətə qarşı müharibə. Zelenski ilə Zalujnı arasında nələr baş verir" məqaləsində
deyilir.
"Ukranska pravda"nın məlumatına görə, Baş Qərargahın hesablamaları göstərir ki, prezidentin Ukraynanın bütün ərazisini azad etmək tapşırığını yerinə yetirmək üçün 350-400 milyard dollar qüvvə və vəsait lazımdır.
Baş Qərargah noyabr ayında Kiyevə səfəri zamanı Ostin ilə bəzi planlaşdırma ideyalarını paylaşıb.
"Ostinə 17 milyon mərmi lazım olduğunu söylədilər. O, yumşaq desək, təəccübləndi, çünki bütün dünya bu qədər mərmi toplaya bilməz", deyə Müdafiə Qüvvələrinin yüksək rütbəli məmurlarından biri nəşrə bildirib.
Bundan əlavə, mənbənin bildirdiyinə görə, Ostin Zalujnının Prezident ofisinin müdaxiləsindən şikayət etdiyini də bildirib:
"Sonra Ostin özü bizə dedi ki, Zalujni ona necə müdaxilə edildiyindən şikayət edib. Aydın məsələdir ki, prezident də belə söhbətlərdən xəbər tutub. Və bütün bunlar inamı artırmır", deyə mənbə bildirib.
Eyni zamanda, Prezident ofisi hesab edir ki, Zalujnının vəzifəsindən kənarlaşdırılması onun siyasi karyerasına töhfə verəcək.
Zelenski və Bankovayaya yaxın olan nəşrin həmsöhbətləri bunu çox yaxşı başa düşürlər, buna görə də prezidentin komandasının əhəmiyyətli bir hissəsi hazırkı baş komandanın istefasının qəti əleyhinədir.
Nizami Bağırov
Şərhlər