Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus A-50 uzaqmənzilli radar aşkarlayan təyyarəsini və İl-22 hava desant idarəetmə mərkəzini məhv etdiyini rəsmən təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında
yazıb.
"Azov bölgəsində mükəmməl planlaşdırılmış və həyata keçirilən əməliyyata görə Hərbi Hava Qüvvələrinə təşəkkür edirik!" — Zalujnı yazıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri də düşmən təyyarələrinin məhv edilməsi barədə məlumat yayıb.
"Azov bölgəsində keçirilən xüsusi əməliyyat uğurla başa çatıb. Bundan sonra nə olacaq...”- deyə qurumdan vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk Azov dənizi üzərində Rusiya təyyarələrinin məhv edilməsinə eyham vurub.
Yanvarın 14-də media Ukrayna hərbçilərinin Azov dənizi üzərində A-50 təyyarəsini vurduğunu və İl-22 hava komandanlığını sıradan çıxardığını bildirib.
Saat 21:00 radələrində İl-22M11 hava komandanlığı Xerson vilayətinin Strelkovoye ərazisində növbətçiliyində olub və orada vurulub. Vurulduqdan sonra təyyarə Anapaya eniş etməyi planlaşdırıb, evakuasiya tələb edib və təcili yardım və yanğınsöndürənləri çağırıb.
Sonradan məlum olub ki, Hərbi Hava Qüvvələri Zaporojye vilayətinin Kirillovka ərazisində növbətçilik edən Rusiya Aerokosmik Qüvvələrinə məxsus A-50 hərbi təyyarəsini vurub.
Nizami Bağırov
Şərhlər