Zaporojye atom elektrik stansiyasındakı "ən pis senari" əhali üçün heç bir real radioloji risk yaratmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Nüvə Cəmiyyəti
bildirib.
Agentliyin ekspertləri bombardmanlar və işlənmiş nüvə yanacağının saxlanması üçün reaktorların və konteynerlərin qəsdən partladılması da daxil olmaqla "ən pis senariləri" diqqətlə nəzərdən keçirdiklərini, lakin radiasiya ilə bağlı ictimai sağlamlıq nəticələrinə səbəb ola biləcək heç bir vəziyyəti ehtimal etmədiklərini söyləyiblər.
Onların fikrincə, zərərli radiasiya sızması yaxın ətraf mühitlə məhdudlaşacaq və çətin ki, obyektin özündən kənara yayılsın.
"Az ehtimal olunan konstruksiyaların zədələnməsi halı olarsa, radioloji materialın istənilən potensial buraxılışı birbaşa reaktorları əhatə edən ərazi ilə məhdudlaşacaq. Bu baxımdan, Zaporojye AES-nin Çernobıl və ya Fukusima ilə istənilən müqayisəsi səhv və yalandır”, - ekspertlər bildiriblər.
Cəmiyyət qeyd edir ki, Zaporojye AES-in altı reaktoru on aydan çoxdur ki, bağlanıb və radiasiyanın sürətlə yayılmasına səbəb olmaq üçün kifayət qədər istilik istehsal etmir.
Onlar əlavə ediblər ki, Zaporojye AES təbii və texnogen təhlükələrə tab gətirməsi ilə tikilib: qalın polad astarlı beton örtüyü reaktorların aktiv zonalarını qoruyur və istənilən radioaktiv materialları ətraf mühitdən qoruması üçün nəzərdə tutulub.
Onlar həmçinin qeyd ediblər ki, Rusiya tərəfindən MAQATE müfəttişlərinə işğal olunmuş AES-in bütün ərazilərinə dərhal, maneəsiz çıxış təmin edilməlidir.
Nizami Bağırov