"Sanki sizin ayrı internetiniz var, mənim ayrı...”
Qaynarinfo xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov müxalif siyasətçi Nemtsovun qatili Zaur Dadayevin həbsxanada yeyib-içərkən çəkilmiş fotosu ilə bağlı jurnalistlərin "Kremldə bu fotonu görüblərmi” sualına sualla cavab verərkən deyib.
Rusiya prezidentinin mətbuat katibi həmçinin jurnalistlərdən xahiş edib ki, səhərlər bu tip xəbərlərin linkini ona da göndərsinlər ki, o da baxa bilsin. "Siz həmişə internetdə mənim ilk dəfə eşitdiyim bir şey tapırsınız", - deyən Kreml nümayəndəsi təəccübünü gizlətməyib.
Qeyd edək ki, bundan əvvəl mediada İrkutsk vilayətindəki koloniyadan paylaşılmış foto geniş maraq doğurub. Fotoda Dadayevin digər məhbuslarla açdığı yemək masasında oturub. Fotolar 2018-ci ilə aiddir.
Alpər